Yuxarı

Şamaxıda insanlar qorxuda: 4 kəndlə əlaqə kəsildi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda yeni sürüşmə zonaları yaranıb.

ARB TV xəbər verir ki, asfalt örtüyünün sürüşməsi yolun bir hissəsini bağlayıb, nəticədə 4 kəndin rayonla əlaqəsi çətinləşib.

1 həftədir yağan güclü leysan yağışlarından sonra Şamaxı-Qızmeydan avtomobil yolunda yeni sürüşmə zonaları yaranıb. Yolun 2 hissəsində yenidən baş verən uçqun nəticəsində asfalt örtüyü 5 metr dərinliyində çöküb. 40-50 metrdən artıq ərazini əhatə edən sürüşmənin baş verdiyi yodla iri çatlar əmələ gəlib və avtomobillərin işi çətinləşib.

Təbriz Soltanov (sürücü): “1-2 həftə bundan qabaq gəlmişdim, sürüşmə az idi. Bu gün gəldim, sürüşmə artıb. Bir 30-40 metr var sürüşmə. Bir maşın keçməyə yol yoxdu sürüşməyə görə”.

Yolun kənarında olan daş maneələr də torpağın altında qalıb. Uçqunların sərt döngələrdə baş verməsi isə sürücülər üçün daha ciddi təhlükə yaradıb. Xüsusilə gecə saatlarında vəziyyət daha da çətinləşir.

Rizvan Maniyev (sürücü): “Yağdıqca sürüşmə daha da artır. Asfalt örtüyü tamam gedib. Görmək olmur. Yol aşıb, gələndə az qalırsan, girəsən çalaya”.

Samir Şirəliyev (sürücü): “Günü-gündən sürüşmə artır, ağır maşınla çıxmaq olmur. Balaca maşınla yenə gediş-gəliş var. Biz çox çətinlik çəkirik, qorxuruq. Yükümüz ağır olur həm də. Adam deyir, bu dəqiqə asfalt uçar, qalarıq bədbaxt gündə”.

Sürüşmənin getdikcə daha böyük məsafəni əhatə etməsi, uçqunların miqyasının böyüməsi yolun daralmasına səbəb olur. Hazırda sürüşmə aktiv fazadadır, yağışlar davam edərsə, yol tamamilə bağlana bilər.

Tarix
2018.06.12 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla