Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyun 2018


Cənubi Afrikada 148 yaşlı Azərbaycan xalçası... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərxalça” Naxçıvanın Şahbuz bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalça aşkarlayıb.

Azərxalça ASC-nin mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın Cənubi Afrika Respublikasından əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın nə qədər geniş olduğunu göstərir.

Bu növ xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz” da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın orijinal bədii göstəricilərindən biridir. Tədqiqatlar göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri olan xovlu və xovsuz xalçalar, xalça məmulatları Naxçıvan bölgəsində daha çox toxunub. Bu təsvirlər bölgədə yaşayan əhalinin ənənəvi təsərrüfat həyatını əks etdirir.

Xalça əldə əyrilmiş yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə toxunub.

Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307 x 172 olan xovsuz xalçanın saxlanma vəziyyəti əladır. İlk baxışdan sənət əsəri təsiri bağışlayan bu qiymətli nümunənin unikallığı həm də odur ki, 140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə salamat qalır.

Tarix
2018.06.13 / 12:53
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Oğuzda zəlzələ: Şəkidən 14 kilometr şərqdə

Qəzada huşunu itirdi, velisopedi oğurlandı - Bakıda

Məşhur veriliş iştirakçısının meyiti tapıldı - Foto

19 il əvvəl 36 polisi öldürən şəxs həbs edildi

Musiqi kollecinin direktoru qəzaya düşdü - Foto

Tülküyə işgəncə verib, videosunu yaydı: Nazirlik isə...

“Gözlətdin” radiomuzun növbəti buraxılışında - Video

Makron Yelisey sarayında diskoteka təşkil etdi - Video

Nobelli yazar: “Bakı kasıb şəhər idi” - Video

Xəritə gerçəyi: gürcülər bizi təhqir etdi, yoxsa?.. - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla