Ana səhifə Hadisə |
4-10 iyun tarixlərində Türkiyənin İzmir şəhərində OKSEF-2018 məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiadası keçirilib.
Kult.az xəbər verir ki, olimpiadada Avropa Azərbaycan Məktəbinin (EAS) biologiya müəllimləri Elvin Abdullayev, Mələk Əzizova və məktəbin 10-cu sinif şagirdləri Ülvi Cabbarov, Samir Məmmədov, Yasəmən Həsənzadə, Fuad Xasıyev iştirak edib. Müsabiqəyə 60 layihə ilə dünyanın 38 ölkəsindən 120 iştirakçı qatılıb.
Biologiya kateqoriyası üzrə Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdləri Ülvi Cabbarov və Fuad Xasıyev qızıl, Samir Məmmədov və Yasəmən Həsənzadə bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, müsabiqə müxtəlif adlar altında ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və sair ölkələrdə keçirilir.
Tarix
2018.06.13 / 18:34
|
Müəllif
Kult.az
|