Yuxarı

Abituriyentlərlə görüş: Bu ali məktəblər tanıdıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Universitetlərimizi yaxından tanıyaq” layihəsinə başlanılıb.

Kult.az xəbər verir ki, layihə çərçivəsində ilk görüş 12-13 iyun tarixlərində Şamaxı, Ağsu, İsmayıllı, Oğuz və Qax rayonlarında gerçəkləşib.

Fondun nizamnaməsində göstərildiyi kimi, əhalinin elmi-texniki biliklərinin artırılması ilə bağlı fəaliyyət istiqamətinə istinadən həyata keçirilən layihənin məqsədi gənclər arasında bu sahənin populyarlaşmasına xidmət göstərməkdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Avrasiya Universiteti və Azərbaycan Universitetinin ictimaiyyətlə əlaqələr şöbələrinə rəhbərlik edən mütəxəssislərin iştirakı ilə beş rayonda yuxarı sinif şagirdlərinə ali təhsil müəssisələri haqqında ətraflı məlumat verilib.

Rayonların Heydər Əliyev mərkəzlərində keçirilən görüşlərdə gələcəyin abituriyenti olacaq şagirdlərin seçim imkanlarının artırılması məqsədilə bu kimi tədbirlərin vacibliyi vurğulanıb.

İlk görüş Şamaxı Heydər Əliyev Mərkəzində olub. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev məktəblilərlə universitetlər arasında körpü yaradan Bilik Fonduna minnətdarlığını bildirib.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu müasir dünyanın daha çox elmi-texniki inkişaf üzərində qurulduğunu diqqətə çatdırıb və gənc nəslin bu amilə böyük diqqət ayırmasının vacibliyini söyləyib.

Növbəti tədbir Ağsu Uşaq Yaradıcılıq Mərkəzində gerçəkləşib. Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi İzay İnayətov Ağsu abituriyentlərinin texniki sahəyə maraq göstərdiklərini və belə tədbirlərin onların seçiminə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəyini söyləyib. C.Musaoğlunun moderatorluğu ilə təşkil olunan təqdimat dinləyicilərin böyük marağına səbəb olub.

İyunun 13-də İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova Fondun fəaliyyətindən söz açaraq, xüsusən İsmayıllı Bilik Evinin əhalinin maarifləndirilməsi istiqamətində gördüyü işləri təqdir edib.

Ali məktəblərin təqdimatları bu dəfə də interaktiv formada olub. Şagirdlər nümayəndələrə suallar ünvanlayıb və ətraflı cavablar alıblar.

Oğuz şəhəri 3 nömrəli məktəb-liseydə keçirlən görüşü Bilik Fondunun yerli nümayəndəsi, məktəb direktoru Anar Məcidov açaraq, məktəblilərə yaradılan bu şəraitə görə Təhsil Nazirliyi və Bilik Fonduna təşəkkür edib.

Fondun mətbuat katibi layihənin hazırlanmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı tövsiyə və tapşırıqlarının əsas götürüldüyünü xatırladaraq, gənclərin texniki sahədə irəli çıxmalarının ölkənin hərtərəfli inkişafına böyük təkan verəcəyini bildirib.

İki gün ərzində davam edən görüşlərin bu mərhələ üçün yekun tədbiri Qax şəhəri 2 nömrəli məktəb-lisey kompleksində baş tutub.

Görüşdə Qax Bilik Evinin müdiri, Əmbərçay kənd orta məktəbinin direktoru Rövşən Hədisov bildirib ki, ali ixtisas seçiminin daha düzgün aparılması gələcəyin sağalam təməllər üzərində qurulmasına böyük dəstəkdir.

Fondun aparıcı məsləhətçisi Elvin Hətəmov layihə barədə məlumat verdikdən sonra universitetlərin təqdimatına başlanılıb. Məlumatları hansı səviyyədə öyrəndiklərinin müəyyənləşdirilməsi məqsədi ilə şagirdlər arasında sorğu keçirilib və məlum olub ki, ali məktəb təmsilçiləri dinləyicilərə unuversitetləri yaxından tanıtmağı bacarıblar.

Məlumatlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Nəzrin Mirzəyeva və Şəbnəm Məmmədli, Azərbaycan Texniki Universitetindən Nicat Abdullayev, Azərbaycan Turizm və Menecment Universitetindən Qoşqar Rzayev və Sara Bağırlı, Avrasiya Universitetindən Şəfayət Əliyev və Mütəllim Rəhimov, Azərbaycan Universitetindən Lalə Dilanova və Asif Paşayev tərəfindən slayd formatında təqdim edilib.

Yuxarı sinif şagirdlərinin maraqla qarşıladıqları təqdimat görüşündə auditoriyanının sualları ətraflı cavablandırılıb və şagirdlərə xüsusi bukletlər, məlumat kitabçaları paylanıb.

Bilik Fondu “Universitetlərimizi yaxından tanıyaq” layihəsi şərçivəsində həm yerli icra strukturları, həm də yeli gənclər tərəfindən müsbət qarşılanan maarifləndirici görüşləri fərqli sahələr üzrə ixtisaslı kadr hazırlığı həyata keçirən digər universitetlər qatılmaqla başqa bölgələrdə də təşkil etmək niyyətindədir.

Tarix
2018.06.14 / 13:46
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla