Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Nazir müğənniyə görə zabitləri cəzalandırdı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovniki Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili, polis mayoru Oruc Mirzəyev barəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb. Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib.

Qeyd edək ki, Daxili İşlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.

Tarix
2018.06.14 / 15:23
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Məşhur reper öldürüldü

Kazım Qarabəkir Paşanın qızı vəfat etdi

Güclü külək bu rayonlarda ciddi fəsadlar törətdi - Foto

Tanınmış hüquqşünas faciəvi şəkildə öldü - Foto

Ermənilər mövqelərimizi atəşə tutdu

Monika Belluççi podiumda göz qamaşdırdı - Foto

Şabran Mərkəzi Rayon Xəstəxanasında yanğın

Messi azərbaycanlının ölümünə səbəb olacaqdı

Bayram günündə nə qədər cinayət oldu?

Şamaxıda dəhşətli qəza: ölənlər var

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla