Ürək-damar xəstəliklərindən qorunmaq üçün menyu
02:10
Ana səhifə Hadisə |
Türkiyənin Muğla bölgəsinin Bodrum mahalında əyləncə mərkəzlərindən birində silahlı insident yaşanıb.
Kult.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 4 nəfər yaralanıb.
Gümbət məhəlləsindəki gecə klubunda naməlum şəxslər atəş açmağa başlayıb. Hücum zamanı Sərvət Kolluoğlu, Cəsur Altunsöz, Kaan Mutlugüləş, Onur Sarı, Mehmet Əli Sürensöy və Həcər Tülü yaralanıb. Təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılan Mehmet Əli Sürensöyün və Həcər Tülünün həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı şübhəli bilinən 4 nəfərin Manisada həbs olunduğu bildirilib.
Xatırladaq ki, hücumda həlak olan Həcər Tülü Türkiyənin məşhur ifaçılarından biri olub.
Tarix
2018.06.21 / 12:12
|
Müəllif
Orxan Tağıyev
|