Yuxarı

Puşkov Kikabidzeni tənqid etdi, dərhal cavab aldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kariyeramı özüm qurmuşam və buna görə heç kimə təşəkkür etmək niyyətində deyiləm.

Kult.az xəbər verir ki, bunu “Danışır Moskva” radiosuna açıqlamasında məşhur gürcü müğənnisi Vaxtanq Kikabidze deyib.

“Diz üstəmi çökməliyəm? Mən karyerama görə heç kimə təşəkkür etməyə hazırlaşmıram. Hər şeyi özüm qazanmışam. Bu interpretasiya doğru deyil.

SSRİ-yə və onun vətəndaşlarına heç vaxt nifrətim olmayıb. Mənim xoşuma gəlməyən onun gerbi olub. Bu, indiyə qədər olan ən dəyərsiz məhsul idi. Buna SSRİ-də yaşayan insanların nə aidiyyəti var?” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Doyçe Velle”yə müsahibəsində Kikabidze SSRİ gerbinə nifrət etdiyini bildirib. O, SSRİ-nin parçalanmasından məmnun olduğunu, Rusiyanın da SSRİ-nin yolunu getdiyini vurğulayıb.

Kikabidzenin bu açıqlaması Rusiyada kəskin etirazlara səbəb olub. Ona qarşı müxtəlif səviyyələrdə tənqidlər səsləndirilib. Ən sərt tənqidlərdən birini rusiyalı senator Aleksey Puşkov dilə gətirib.

“Kikabidze SSRİ-nin hesabına məşhurluq qazandı, əks təqdirdə o, indi Avropada az tanınan müğənnilərdən biri idi”, - Puşkov bildirib.

Tarix
2018.06.21 / 15:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiya XİN-dən Paşinyanın müharibə iddiasına reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla