Yuxarı

Nəzakət Teymurova Yaşıl Teatrda konsert verdi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova dünən Yaşıl Teatr səhnəsində ilk dəfə solo konsert proqramı ilə çıxış edib.

Publika.az xəbər verir ki, solo konsertdə Azərbaycanın muğam sənətinin qaymaqları, tanınmış xanəndələr, incəsənət nümayəndələri, şairlər qonaq qismində iştirak edib. Gecənin səbəbkarını dinləmək üçün Xalq artisti Mənsum İbrahimov, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar artist Tünzalə Ağayeva, müğənni Xatirə İslam, şair Ramiz Rövşən, qiraətçi və aktyor Əmrah Dadaşov, aparıcı Ceyran Rəhimova və başqaları konsertə təşrif buyurub.

Məlahətli və güclü səsi ilə seçilən Nəzakət Teymurova ilk ifasından sonra qonaqlarını salamlayıb və həyəcanlı olduğunu gizlətməyib. Danışmaqdan çox oxumağa üstünlük verdiyini deyən xanəndə Yaşıl Teatr səhnəsi üçün məkana uyğun olaraq repertuar seçib. O, indiyə qədər müraciət etmədiyi xalq, bəstəkar mahnılarını, aşıq musiqilərini səsləndirib.

Xalq mahnıları tamaşaçılara bu dəfə yeni aranjemanda, fərqli tərzdə təqdim olunub. Konsertin qəhrəmanı gecədə Rəşid Behbudov, Yalçın Rzazadə və Flora Kərimovanın da repertuarına müraciət edib. Yeni aranjemanda təqdim olunan mahnılar tamaşaçıların zövqünü oxşayıb. Xalq artistinin hər ifasını tamaşaçılar gurultulu alqışlarla qarşılayıb.

Sənətçinin səhnədə performans göstərməsi özlüyündə maraqlıdır. Lakin etiraf etmək lazımdır ki, səhnə performansı sadəcə dinamik hərəkətlə ölçülmür. Bəzən səsin gücü, məlahəti və dinamikası bütün hərəkətləri kölgədə qoya bilir. Nəzakət Teymurovanın Yaşıl Teatr səhnəsində hər çıxışı və səsinin böyük dinamikası qonaqlara unudulmaz musiqi gecəsi yaşadıb. Tamaşaçılar səmimi hisslərinin minnətdarlıq əlaməti olaraq sənətkarı sözün həqiqi mənasında çiçək yağışına tutub.

Bənzərsiz ifaların təsirindən uzun müddət çıxa bilməyən tamaşaçılar sonda xanəndəni ayaqüstə və uzun müddət davam edən alqışlarla yola salıb.

Tarix
2018.06.21 / 16:45
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla