Yuxarı

Kembricdən şad xəbər: Bakıda mükəmməl ingilis dili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin Kembricin İngilis dili üzrə Qiymətləndirməsi (Cambridge Asessment English) tərəfindən CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib.

Kult.az xəbər verir ki, Kembric Universitetinin bir bölümü olan Kembricin İngilis dili üzrə Qiymətləndirməsi Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) ölkəmizdə ilk rəsmi CELTA tədris mərkəzi kimi akkreditə olunduğunu elan edib.

AMİM 23 iyul-17 avqust tarixləri arasında keçiriləcək ilk kursda dil müəllimləri və dil müəllimi olmağı istəyənlərə Azərbaycanda təhsil almaq imkanı təqdim edəcək. Təlim proqramı beynəlxalq səviyyədə tanınmış təlimçilər Qari Nikson və Keti Qeraqti tərəfindən keçiriləcək.

CELTA müəllimlərə yetkin şəxslərə İngilis dili öyrədə bilmək üçün lazımi bacarıq, bilik və təcrübə verir. CELTA Kembric Enqlş özünəməxsus statusa malik, dünya miqyasında keçərli olan və işə götürənlər tərəfindən tələb olunan bir kvalifikasiyadır.

CELTA təlim proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinin e-mail ünvanına (info@Azteachers.az) və ya 012 599 1967, 050 290 1695 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

Tarix
2018.06.21 / 17:25
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla