Yuxarı

Polis şortikli qızın axtarışlarına başladı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metroda öz geyimi və hərəkətlərinə görə digər sərnişinlərin aqressiyası ilə üzləşən və son günlər sosial şəbəkə istifadəçiləri arasında diskussiyalara səbəb olan qızı Bakı Metropoliteninin polisi axtarır.

Axar.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan" hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə Bakı metrosunun qatarında çəkilmiş video yayılıb. Videoda qısa şortik geyinən qızın hərəkətlərinin digər sərnişinlər tərəfindən şiddətlə qınandığı görünür. Sərnişinlər qızı təhqir edərək ədəbsizlikdə günahlandırırlar və bildirirlər ki, azərbaycanlı qız bu formada küçəyə çıxmamalıdır. Qız isə özünü müdafiəyə qalxaraq cavab verir ki, mən beləyəm, siz mənə nə edəcəksiz?

Bu münaqişədən bir müddət sonra kosmetoloq Elnarə Rzayeva belə bir informasiya yayıb ki, həmin qız metrodakı münaqişədən sonra intihar edib.

Əslində isə həmin qız sağ-salamatdır.

Bakı Metropoliteni QSC-dən bildirildi ki, polisdən onlara bu haqda hər hansı məlumat verilməyib.

Tarix
2018.06.21 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla