Yuxarı

OPEK Azərbaycanla əlaqələri yüksək qiymətləndirir - Barkindo

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

M.Barkindo bildirib ki, OPEK Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir: "Bizim səylərimizi dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürümü çatdırıram. Azərbaycan Prezidenti nəinki təşkilatın səylərini dəstəkləyir, həmçinin də üç il bundan öncə Davos İqtisadi Forumunda OPEK və qeyri-OPEK ölkələrinin bir araya gəlməsi üçün çağırış etmişdi”.

OPEK-in baş katibi, həmçinin Azərbaycan Prezidentinə OPEK və qeyri-OPEK ölkələri Nazirlər Şurasının gələn il Bakıda keçirilməsi təşəbbüsü və dəvətinə görə də minnətdarlığını ifadə edib, gələn il Bakının bu tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini qeyd edib.

1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neftin məhz Bakıda çıxarıldığını qeyd edən M.Barkindo neft-qaz sənayesində işləyən hər bir mütəxəssisin Bakını ziyarət etməli olduğunu, neftin çıxarılması və emalı tarixi ilə burada daha da yaxından tanış olmasının vacibliyini bildirib.

O, Azərbaycanın energetika naziri Pərviz Şahbazova da OPEK-lə qurulan əməkdaşlığa və dəstəyə görə təşəkkür edib.

Tarix
2018.06.21 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla