Yuxarı

Tülküyə işgəncə verib, videosunu yaydı: Nazirlik isə...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb. Araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. A.Həsənov hadisəni etiraf edərək səhvini boynuna alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun pozucusu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə olunub və cərimənin ödətdirilməsi təmin edilib.

Təbiətin mühafizəsində şüurlu mövqe nümayiş etdirdiyinə, heyvanlara qayğı ilə yanaşdığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fərid Mansurova təşəkkür olunub.

Tarix
2018.06.22 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla