Yuxarı

Bayraq skandalı: Güneyə yeni zərbə gəlir? - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Güney Azərbaycana yeni bayrağın seçilməsi gündəmdədir. ABŞ-da yaşayan bir qrup güneyli, o cümlədən “GünAz TV”nin rəhbəri Əhməd Obalı və Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çehrəqani GAMOH-un bayrağını Güney Azərbaycan bayrağı kimi qəbul edib və təqdim etməyə başlayıb.

Kult.az analitik Əlirza Zəmaninin mövzu ilə bağlı yazdığı “Güney Azərbaycana başqa bayraq lazımdırmı?” yazısını təqdim edir:

Bəzən təşkilatların özbaşına qərar vermələri xalqımızın birliyinin sarsılmasına səbəb olur.

Keçmişdə GAMOH-un təşkilat bayrağı bir çoxları tərəfindən Güney Azərbaycan bayrağı kimi təbliğ olunsa da, bir qisim şəxs bunu qəbul etmirdi. Əlbəttə, bu bayrağı qəbul etməyənlərin çoxunun öz etirazlarını dilə gətirərkən hansısa dəlilləri və ya səbəbləri yox idi. Etirazlar, sadəcə, təşkilatlar arasında bir-birinə olan qısqanclığın nəticəsində yaranırdı.

Maraqlı məqam odur ki, o zaman bu etirazlara öndərlik edənlərin, təqdim edilən bayraqları təhqir edənlər və onu Güney Azərbaycan bayrağı kimi qəbul etməyənlərin bir qismi indi tutduqları mövqedən imtina etməyə başlayıblar. Onların bir qismi yenə də illər öncəsində atılan səhv addım kimi bir yerə toplaşıb, Güney Azərbaycanın bayrağının nə olacağı qərarını veriblər.

Əfəndilər, bir millətə bayraq seçmək məsələsi sizin zənn etdiyiniz kimi o qədər də asan iş deyil. Millətin yaradacağı dövlətin və dolayısı ilə millətin nişanəsi olacaq rəmz haqqında qərarı millətin özü verməlidir. Doğrudur, indiki şəraitdə bu qərarın verilməsi üçün referendum keçirilməsi imkanı Güneydə mövcud deyil, amma hər bir halda başqa imkanlar da mövcuddur. Ən azından, millətin bayrağı haqqında qərarı iki yox, millətini təmsil etməyi özünə bayraq edən onlarla təşkilat bir araya toplaşıb, qərar verməli idi. Daha sonra sosial şəbəkələr vasitəsilə xalqın hamısının da olmasa, bir qisminin rəyləri öyrənilməli, müxtəlif haştaqlar yaradılmalı və sorğular təşkil edilməli idi. Keçirilən sorğu nəticəsində əldə olunan cavablar təşkilatların yaratdığı ortaq komissiya müzakirələr aparmalı və yekun qərarı verməliydi.

Məgər bu çox çətin məsələ idi? Məgər bu, təşkilatların özbaşına qərar verib, millətin birliyini sarsıtmaqdan daha pisdir?

Təşkilatların təqdim etdiyi bayraqla heç bir problem yoxdur. Bayraq gözəldir və dəyərlidir. Problem bayrağın Güney Azərbaycan bayrağı kimi qəbul edilməsinin texniki tərəfidir. Onsuz da aramızda parçalanma həddən artıq böyükdür. İstəyim, sadəcə, bu xırda məsuliyyətsizliklərlə bu parçalanmaları daha da artırmamaqdır. Biz hamının bir yerdə yaşayacağı, xalqımızın haqlarının tam qorunacağı və hər kəsin demokratik imkanlarının təmin olunacağı məmləkəti formalaşdırmaq istəyirik. Bəs elə isə niyə xəyallarını qurduğumuz və gecə-gündüz uğruna savaşdığımız yolda indidən özbaşınalıqlara yol veririk? Yoxsa quracağımız məmləkəti də bu cür məsuliyyətsiz davranışlara qurban vermək istəyirik? Tariximizdə buraxdığımız səhvlər yetəri qədər çoxdur. Artıq dirçəlib səhvlərdən nəticə çıxarmaq, eləcə də demokrat olduğumuzu və vahid olduğumuzu göstərmək vaxtı çatıb. Artıq özümüzə gəlmək lazımdır.

Tarix
2018.06.25 / 08:00
Müəllif
Əlirza Zəmani
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla