Yuxarı

Hacı Nuranın palatasına niyə at gətirilmişdi?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, əməliyyat üçün təcili Almaniyaya gedən "Həyat" fondunun rəhbəri Hacı Nuran Hüseynova müalicə aldığı özəl xəstəxanada aparıcının palatasına poni gətiriblər. Xəstəxanaya atın gətirilməsi isə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Ege" Hospitalın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli Hacı Nuranın istəyi ilə poninin xəstəxanaya gətirildiyini bildirib:

"Bu, Hacının istəyi idi. O ağır xəstədi, ponini görmək istəyirdi. Deyirdi ki, əgər yanıma at gətirilməsə, mən özüm onun yanına gedəcəm. Mən belə düşünürəm ki, ağır xəstənin kiçik arzusunu yerinə yetirmək savabdı. Hacı Nuran atçılıq mərkəzi ilə də çalışır. Hacı Nuranın orda öz atı var. Bu poni onundur, adı da Nazlıdır. Hacı Nuran hər gün gedib, atı görürmüş. İcazə olmazdı atı gətirməyə, amma Hacı Nuran kimi xeyirxah insanın bu məqamda arzusunu yerinə yetirmək üçün belə bir addım atıldı. Bir də Hacı Nuranın yatdığı mərtəbədə ondan başqa xəstə yoxdur. Həmin poni də gigiyenik cəhətdən təmizdir. Atı çirkli-çirkli gətirməmişik".

Hospital rəsmisi xəstənin yanına gələn şəxslərin ayağında baxil olmamasına da münasibət bildirib:

"Xəstəxananın içəri girişində ayaqqabı üçün xüsusi yapışdırıcı avadanlıq var. Həmin o aparatla ayaqqabıların altına baxili əvəz edən xüsusi maddə yapışdırılır".

Tarix
2018.06.25 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla