Yuxarı

Cəlildən çağırış: O videonu paylaşmağı dayandırın!

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər mənim bu addımım sizə pis təsir edibsə, xahiş edirəm, həmin videonu tirajlamağı, Yutub kanallarınıza yükləməyi dayandırın, paylaşdıqlarınızı silin.

Kult.az xəbər verir ki, bu sözləri gənc yazar Cəlil Cavanşir bir neçə gün bundan əvvəl intihar cəhdi ilə bağlı yazılanlara reaksiyasında qeyd edib. O, başına gələnlərlə bağlı heç kimin günahı olmadığını bildirib:

“Baş verənlərlə bağlı versiyalar uyduranlara bildirmək istəyirəm ki, bu hadisəyə görə heç kəsi qınamasınlar. Xüsusilə dostum, millət vəkili Aqil Abbası qınayanları başa düşə bilmirəm. Aqil müəllim mənim digər dostlarım kimi hər zaman qayğıma qalan, diqqət edən bir insandır. Bu hadisə zamanı da hər şeyi sona qədər nəzarətdə saxlayıb, ən çətin günlərimdə əlini kürəyimdə hiss etmişəm.

Bu məsələdə bircə günahkar var, o da mənəm. Söymək ehtiyacı hiss edirsinizsə, məni söyün, məni təhqir edin, məni qınayın. Günahkar mənəm. Hətta tam səmimiyyətimlə və vicdan rahatlığı ilə deyirəm, heç bir qadının da bu işdə günahı yoxdur.

Bir daha deyirəm, ağır depressiya və affekt halında atılan addımdır. Buna görə kimisə qınamaq ədalətsizlik olar. Rica edirəm, belə etməyin. Nə qədər uzaq qalmağa çalışsam da, yazılanlar gəlib mənə çatır. İnformasiyadan qaça bilmirəm. Heç kəsi günahlandırmıram, siz də etməyin”.

Qeyd edək ki, Cəlil Cavanşir bir neçə gün bundan əvvəl Feysbukda canlı yayım açaraq intihara cəhd etmişdi.

Tarix
2018.07.10 / 14:57
Müəllif
Billurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla