Yuxarı

Ruslar türk dövlətinə aid qalıqları aşkarladı - Dəhşət

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı arxeoloqlar Krımın şərqində yerləşən Qız-Aul nekropolunda qazıntı zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlayıblar.

Kult.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Arxeologiya” fondunun rəsmi nümayəndəsi Oleq Markov yayıb. Markov aşkar edilən qalıqların bir qisminin qəribə vəziyyətdə dəfn edildiyini bildirib:

“Bu insan qalıqlarından biri əlini üzünə tutmuş vəziyyətdə aşkarlanıb. Belə bir görüntü yaranır ki, bu şəxsi canlı şəkildə dəfn ediblər və o da üzünü ölümündən öncə hansısa formada bağlayıb qorumağa çalışıb”.

Markovun sözlərinə görə, kiçik məntəqədə 10 skelet aşkarlanıb və onların sümüklərində ciddi zədələr müəyyən edilib. O, hələlik bu şəxslərin kütləvi qırğın və ya epidemiya nəticəsində öldüyünün bilinmədiyini deyib. Tapılan qalıqların Xəzər xaqanlığı dövrünə aid olduğu vurğulanıb.

Qeyd edək ki, Xəzər xaqanlığı türk dövləti olub. Bu dövlət 650-969-cu illərdə hökmranlıq edib. Xəzərlər Ön Qafqaz, Qazaxıstanın şimal-qərbi, Azov sahilləri, Krımın şərq hissəsi, Şərqi Avropanın bir hissəsini nəzarətlərində saxlayıblar.

Tarix
2018.08.10 / 13:06
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla