Yuxarı

Bakıda marşurut avtobusu dərəyə aşdı: sürücü öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 HM 363 olan sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Axar.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu sonuncu dayanacaqda olarkən dərədən aşıb. Hadisə sonuncu dayanacaqda baş verdiyindən avtobusda sərnişin olmayıb. Qəza zamanı avtobusun sükanı arxasında olan Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. BNA-dan bildirilib ki, bu cür məlumatlar insanlar arasında çaşqınlıq, süni ajiotajın yaranmasına səbəb olur.

BNA-dan qeyd edilib ki, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda, sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də, təsirli tədbirlər görülməyib.

Tarix
2018.08.11 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla