Yuxarı

Sensasiya yaradacaq xəbər: O dəyərlər ölkəmizə gətirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi isə yeni iş mövsümünə ədəbi mühitdə sensasiya yarada biləcək bir xəbərlə başlamaq istəyirəm. Göstərdiyimiz səylər nəticəsində Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma kitabı İran milli arxivindən çıxararaq Azərbaycana gətirmişik.

Kult.az xəbər verir ki, bu barədə tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz məlumat yayıb. O, həmin kitabların ilk dəfədir ölkəmizə gətirildiyini bildirib:

“Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi olaraq 10 ildir ki, güneyli-quzeyli şair-yazarların arasında körpü olmağa çalışmışıq. Onlarla kitab çap etmişik. Klassik ədəbiyyatımızın təbliğı və araşdırması ilə bərabər bir çox yeni nəsil şair-yazıçıları Quzey Azərbaycan ədəbi mühitinə təqdim etmişik. Bu 10 ildə çoxlu uğur və nailiyyətlər əldə etsək də, bu bizi tutduğumuz müqəddəs yolda əzm və sürətlə hərəkətimizdə arxayınlıq yaratmadı. Şəxsi keyfiyyətlərindən asılı olmayaraq, Azərbaycan ədəbiyyatına təqdim etdiyimiz yeni nəslin nümayəndələrini bir kənara qoysaq, ədəbi mühitə təqdim etdiyimiz klassik nümunələrin demək olar ki, hamısı alimlərimiz tərəfindən yüksək səviyyədə qarşılanıb.

Göstərdiyimiz səylər nəticəsində Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma kitabı İran milli arxivindən çıxararaq Azərbaycana gətirmişik. Həmin kitablara daxildir: İmadəddin Nəsiminin türkcə divanı, Qovsi Təbrizinin divanı, Əlişir Nəvainin divanı, Füzulinin "Həqiqətüs-süəda" əsəri, "Qiyamətnamə", "Məclisi-kəşkul", "Bayquşnamə", "Müqəddəmətül-ədəb" və "Dəri-Türki" sözlük kitablarıdır.

Həmin kitablar ilk dəfədir ki, Azərbaycana gəlib. Arzu edirik ki, dünyanın müxtəlif guşələrinə səpələnmiş əlyazma kitablarımızın hamısını nə yolla olursa-olsun, doğma vətənimizə gətirmək imkanı yaransın”.

Tarix
2018.09.10 / 15:02
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla