Yuxarı

Səməd Vurğun ittifaqı yandırmaq “istəyən” şairə nə demişdi?

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün üç gənc şair Azərbaycan Yazıçılar Birliyinə daxil olmaq məsələsi ilə bağlı sədrin - Səməd Vurğunun kabinetinin ağzına toplaşır, amma içəri keçməyə tərəddüd edirlər. Bu vaxt Səməd Vurğun siqaret çəkmək üçün özü çölə çıxır və onlardan kibrit istəyir.

Kult.az xəbər verir ki, bu sözləri tənqidçi Əsəd Cahangir qeyd edib. O, Səməd Vurğunla bağlı maraqlı bir xatirəni bölüşüb:

“Gənclərdən biri əli əsə-əsə şairin siqaretini yandırır, amma böyük şairlə ilk ünsiyyətdən o qədər həyəcanlanır ki, çaşıb yanan kibrit çöpünü təkrar kibrit qutusuna qoyur. Kibrit qutusu gənc şairin əlindəcə partlayır. Səməd Vurğun gülümsəyərək, “Ayə, nağayrersən, a qıvlasız, hələ İttifaqa daxil olmamışmı buruyu yandırmaq istiyersən”, deyib pərtliyi aradan qaldırır.

O gənc şairlərin hər üçü - Bəxtiyar Vahabzadə, Qabil və Nəbi Xəzri sonralar şeirimizin məşhur isimlərinə çevrildilər. Əfsanəvi şairin siqaretini yandırmaq xoşbəxtliyi onlar arasında Qabilə qismət olmuşdu”.

Tarix
2018.09.14 / 15:50
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla