Yuxarı

Rektor orta məktəbdə mühazirə oxudu – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullayev 15 sentyabr Bilik günündə Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.

Kult.az xəbər verir ki, yeni dərs ilinin başlanması, həmçinin Prezident İlham Əliyevin Nardaran qəsəbə sakinlərinin istifadəsinə verdiyi yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edən akademik Kamal Abdullayev onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. K.Abdullayev bildirib ki, Ümummilli Liderin Azərbaycan dövlətinə rəhbərlik etdiyi bütün zamanlarda əsas diqqət yetirdiyi sahələrdən biri məhz xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və onların gələcək nəsillərə çatdırılması olub.

Rektor qeyd edib ki, Ulu öndərin xalqımızın milli-mənəvi dəyərlərinə müxtəlif istiqamətlərdən nəzər salıb və hər bir istiqamət üzrə xüsusi siyasi iradə nümayiş etdirib. Bu xüsusilə dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dinimiz, tariximiz, dövlətçiliyimiz və adət-ənənələrimizlə bağlı olub. Bu səbəbdən müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında Ulu öndərin rolunun əvəzsiz olduğunu görərik. Ulu Öndər Azərbaycançılıq ideologiyasının siyasi və dövlətçilik əsaslarını yaradaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, yad təsirlərdən qorumuşdur.

K.Abdullayev bildirib ki, Ümumilli liderin bu sözləri bizlər üçün bir çıraq olmalıdır: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Azərbaycan dilinə Şah İsmayıl mövqeyindən yanaşaraq bu dilin dövlət dili səviyyəsinə yüksəldilməsi, ədəbiyyatımızın və mədəniyyətimizin korifeylərinə və hazırki nümayəndələrinə daima həssaslıqla yanaşılması, onları daima xalqın gözləri özündə tutması – yubileylərin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi və s., maddi və mənəvi mədəniyyət abidələrimizə dövlət qayğısı, dövlətçilik tariximizə, xüsusən Xalq Cümhuriyyəti tariximizə ehtiram və Azərbaycanın AXC varisi elan olunması, dövlət rəmzlərimizə sonsuz sayğı, əlamətdar günlərdə daima xalqın yanında olması Ulu öndərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması məsələsində ortaya qoyduğu prinsipial mövqelərdir. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və şərəflə davam etdirilir. Azərbaycan xalqı da bu varisliyi ehtiramla dəyərəndirir.

Mühazirənin sonunda akademik Kamal Abdullayev məktəbə Azərbaycan Dillər Universitetinin hədiyyələrini və müxtəlif kitablar təqdim etdi.

Tarix
2018.09.15 / 18:05
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla