Yuxarı

Bişkekdə tanınmış yazıçıya həsr olunmuş forum - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş “Çingiz Aytmatov və müasir dövrün çağırışları” İssık Kul forumunun Bişkek şəhərindəki bir nömrəli prezident iqamətgahında açılışı olub.

Kult.az xəbər verir ki, dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, futuroloq, kinotənqidçi, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçıların qatıldığı tədbirdə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov da iştirak edib.

Tədbiri açan Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov öz çıxışında məhv olan ekologiya, təbiətlə harmoniyada yaşamaq tərzi, millətlərarası sabitlik, ölkələr arasında inteqrasiyanın möhkəmləndirilməsi mövzularını müzakirəyə çıxarmağı məsləhət görüb.

Dövlət başçısı deyib ki, adıçəkilən problemlər neçə illər bundan əvvəl böyük yazıçı Çingiz Aytmatov tərəfindən dilə gətirilib.

Tədbir çərçivəsində türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovla görüşüb.

Fondun prezidenti görüş zamanı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova fondun sifarişi ilə tərcümə edilib nəşr edilmiş Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyevin müəllifi olduğu “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabını təqdim edib. Fondun rəhbəri kitab haqqında dövlət başçısına qısa məlumat verib.

Qeyd edək ki, pulsuz yayılması nəzərdə tutulan kitabı qırğız dilinə tanınmış tərcüməçi-şair Mukan Asanaliyev tərcümə edib.

Bundan başqa Nüsrət Məmmədov Qırğızıstanın Prezidentinə Çingiz Aytmatov haqqında fondun nəşr etdirdiyi bir neçə kitab təqdim edib.

Tarix
2018.10.12 / 18:14
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla