Yuxarı

Görkəmi gözəl, dili qüsurlu aparıcılar... - Akademik

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monitorinq Mərkəzinin Dövlət Dil Komissiyasının yanında yaradılmasının əhəmiyyəti böyükdür. Çünki Dövlət Dil Komissiyasında bu sahə üzrə kifayət qədər təcrübəli mütəxəssislər var. Ayrıca monitorinq qrupunun olması ona görə vacibdir ki, onlar bu işlə birbaşa və ardıcıl formada məşğul olacaqlar. Həmin monitorinqlərdən sonra biz görəcəyik ki, səhvlər haradadır.

Bu sözləri Kult.az-a açıqlamasında akademik, millət vəkili Nizami Cəfərov Prezident İlham Əliyevin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması barədə fərmanı haqda danışarkən deyib. O bildirib ki, KİV-də və reklam lövhələrində ədəbi dilin normalarının nə dərəcədə qorunmasının yoxlanılmasına ciddi ehtiyac var:

“Bu sahələrdə vaxtlı-vaxtında monitorinqlər aparılmalı, hansı istiqamətdə daha çox səhvlərə yol verilməsi müəyyənləşdirilməli və aradan qaldırılması üçün tədbilər görülməlidir.

Kütləvi informasiya vasitələrində, xüsusilə internet resurslarında səhvlər həddindən artıq çox olur. Bunun da əsas səbəbi odur ki, internet resurslarında, savadlılıq səviyyəsindən asılı olmayaraq, bütün cəmiyyət iştirak edir. Əksər hallarda reklamlar başdansovdu hazırlanır.

Bu da faktdır ki, özəl televiziya və kütləvi informasiya vasitələri ilə müqayisədə, dövlət qəzetlərimizdə və televiziyalarda ədəbi dilin normalarının pozulması hallarına daha az rast gəlinir.

Televiziyalarda bəzən aparıcıların görkəmi, məntiqi efirə uyğun olsa da, nitqi qüsurlu olur. Ən böyük təhlükələrdən biri də başqa dillərin intonasiyasının dilimizə gətirilməsidir. Çünki bizdə yazılı nitqdən fərqli olaraq, şifahi nitqimizdə kütləvi ədəbilik səviyyəsi aşağıdır. Hər bir aparıcı bilməlidir ki, ədəbi dilin normalarına riayət edərək danışmaq onun işinin spesifikasına aiddir”.

Millət vəkili məişət danışığından istifadə olunmasına, eləcə də əcnəbi söz və ifadələrin yersiz işlədilməsinə də münasibət bildirib:

“Ədəbi dilin ən kütləvi üslublarından biri ailə-məişət üslubudur. Bu üslub bizim həm bədii, həm elmi, həm də publisistik dilimizə xeyli təsir göstərir. Bu üslubu qadağan etmək olmaz, amma ədəbi dilin normalarının gözlənildiyi məqamlara diqqət yetirmək lazımdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması nəzərdə tutulub.

Tarix
2018.11.05 / 17:43
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla