Yuxarı

Himn müzakirəsində “başyarma”… - Fazil Mustafa

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən artıq süni pafosa, saxta ritorikaya tavanın dibində təzəcə yanıb-qurumuş yemək kimi baxıram. Hələ mətbəxi bürümüş bu yanıq iyinin iybilmə orqanlarımızla dözülməz uduşunu xatırlatmaq belə istəmirəm. Azərbaycan himni bizim dəyərimizdir, Konstitusiya ilə möhürü vurulmuş hüquqi atributdur və onun mətnini və musiqisini kimsə əvəzləmək istəmir, belə bir təşəbbüs də yoxdur və hətta belə bir təşəbbüslə çıxış etmək də anormallıq sayılmalıdır.

Kult.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Azərbaycan himni mətn və musiqi olaraq həm də bir sənət əsəridir, insan əməyinin, inellektinin məhsuludur:

“Himnin zövqlərə görə fərqli dəyərləndirilməsi, müzakirəsi aparıla bilər və bunu top-tüfənglə, vətənpərvərlik fışğırığı ilə qarşılamaq sadəcə səviyyəsiz hərəkətdir. Son günlər tez-tez rastıma çıxır həmin süni pafoslu, saxta ritorikalı cümlələr: "Himnimizə toxunmaq olmaz!", "Himnimizin bir hərfini belə dəyişmək olmaz!" və s. Əlbəttə, dövlət atributlarına qarşı duyarlılıq xoş bir hərəkətdir, buna ancaq sevinmək olar. Ancaq bunu süni pafossuz, saxta ritorikasız etmək olmazmı? Baxın, 1918-ci ilin oktyabrında bayrağımız başqa idi, ingilis işğal qüvvələri təkid etdi, dəyişməyə məcbur olduq. Gerbimizdə alovun rəmzinin yerinə "Allah" sözü yazıldı. İndiki himnimizin bəzi sözləri müasir dilimizin qaydalarına uyğunlaşdırılaraq dəyişdirilib, Üzeyir bəyin musiqisinə də əl vurulub, iki bəstəkar tərəfindən aranjiman edilib. İndi bütün bu dəyişikliklərə görə himnsevərlərdən etiraz əlaməti olaraq başını yaran, özünü yandıran kimsə varmı? Aşağıdakı formada deyilməsi üslub baxımından daha səmimi görünməzdimi: "Himnimizin mətninin və musiqisinin mahiyyətinə toxunmaq məqsədəuyğun deyil". Artıq dövr dəyişib, "başımı yararam", "özümü yandıraram", "başıma güllə vuraram" üslubundan uzaqlaşaraq insan ağlı ilə düzüb-qoşulan, icad edilən hər bir predmetin, eləcə də bu predmeti icad edən şəxslərin müzakirə oluna bilməsindən qətiyyən çəkinmək lazım deyil”.

Tarix
2018.11.06 / 14:55
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla