Yuxarı

Türk diplomat tələbəmizə təşəkkür etdi: hərbi çevriliş... - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində BDU-nun Jurnalistika fakültəsinin magistrantı Nurlan Ağanın “15 iyul və media” kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc müəllifin önəmli bir mövzuya toxunduğunu deyib və kitabın müasir türk tarixindəki önəmindən danışıb. Daha sonra BDU-nun mətbuat katibi Pərvanə İbrahimova çıxış edərək, Nurlan Ağanın həm gənc jurnalist, həm də tələbə kimi istedadlı olmasından söz açıb.

Kitabın müəllifi Nurlan Ağa tədbir iştirakçılarına təşəkkür edərək, kitabın ərsəyə gəlməsində ona köməklik edən müəllimlərinə minnətdar olduğunu bildirib. O qeyd edib ki, kitabda yer alan məlumatlar KİV-lərdə də yayımlanan xəbərlərin təhlil olunmuş formasıdır.

Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Həmid Qaradəniz çıxışında 15 iyul tarixində yaşanan hadisələrin – hərbi çevrilişə cəhdin canlı şahidi olduğunu bildirib. O, sözügedən olayın işıqlandırılmasında və məsələnin aydınlaşdırılmasında KİV-in rolundan danışıb və kitabın müəllifi Nurlan Ağaya təşəkkür edib.

Qeyd edək ki, MŞ-nin sədr müavini Müşfiq Ələsgərli, idarə heyətinin üzvü Azər Həsrət və digərləri çıxış edərək, Azərbaycan mediasının 15 iyul hadisələrini xüsusi şəkildə işıqlandırmasından danışıblar.

Tarix
2018.11.07 / 14:05
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla