Yuxarı

Qarabağ parfümləri Qətərdə - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 noyabr 2018-ci il tarixində Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan "Doha Festival City Mall”da "Product of Azerbaijan” brendi altında “Qarabağ Parfüm” (“Karabakh Perfume”) adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzi fəaliyyətə başlayıb.

Kult.az xəbər verir ki, mərkəzdə "Shikasta”, "Natavan”, "Bayati Shiraz”, "Rast”, "Buta”, "Khankendi”, "Shusha”, "Sarvan”, Panahalikhan”, "Jidir Duzu”, "Khari Bul Bul” və "Chelebi” olmaqla, ümumilikdə 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək.

Satış mərkəzinin açılışı münasibətilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Qətər dövlətindəki səfiri Rəşad İsmayılov, Qətərdə akkreditə olmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri,Qətərin məşhur bloqqerləri və media mənsubları fəal iştirak edib. Azərbaycan məhsulları alıcılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edilən satış mərkəzinin fəaliyyətinin təmini qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin18 yanvar 2016-cı il tarixliSərəncamınauyğun olaraq, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində həyata keçirilib.

Dohada satış mərkəzinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının satışı ilə yanaşı ölkəmizin tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, Azərbaycan tarixinin və mədəniyyətinin xaricdə təbliğinə xidmət edəcək.

Tarix
2018.11.08 / 14:01
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla