Yuxarı

Bayrağımızı niyə üçrəngli oldu? - İngilis generalın istəyi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyun ayının 21-də verilsə də, bu, birmənalı qarşılanmamışdı. Qırmızı rəngli, üzərində ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu bu bayrağın Osmanlı İmperiyasının bayrağına bənzəməsi müəyyən fikir ayrılığı yaratmışdı. Buna görə hətta Azərbaycanı Osmanlının bir parçası hesab edənlər də tapılmışdı.

Kult.az xəbər verir ki, AXC Nazirlər Şurası sonradan yaşıl, qırmızı və göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayrağın milli bayraq hesab edilməsi haqda qərar qəbul etdi.

Tarixçi-alim Nəsiman Yaqublu həmin hadisələrlə bağlı danışarkən çox maraqlı bir nüansı açıqlayır:

“Cümhuriyyəti quranlar türk mədəniyyətinə, türk tarixinə, türk varlığına əsaslanırdı. Əsas istiqaməti də Osmanlı ilə əlaqələrdə görürdülər. İlk müqaviləni də Osmanlı dövləti ilə bağladılar. Azərbaycan torpaqlarının, xüsusən də Bakının işğaldan azad edilməsi üçün Osmanlı dövlətindən kömək istədilər. O dövrdə Osmanlının bayrağı qırmızı rəngdə və beşguşəli idi, bizim bayrağımız isə 8 guşəli. Həmin vaxt Nuru Paşanın ətrafına bir sıra ilhaqçılar qrupu yığışmışdı. Bu qrup Türkiyə ilə konfederativ əsaslarla birləşmə xəttinə üstünlük verirdi. Amma Rəsulzadə müstəqil Azərbaycan xəttini irəli sürürdü. Bu qrup Nuru Paşaya təsir göstərmişdi. Nəticədə Nuru Paşa hökumət kabinəsinin və Milli Şuranın buraxılmasını tələb etmişdi. Gərginliyi zəiflətmək üçün Nuru Paşanın istədiyi bir kabinet formalaşdı və Cümhuriyyət Türkiyəyə uyğun siyasi xətt yeritməyə başladı. Bunun əsas göstəricisi bayrağın eyniliyi idi.

1918-ci il oktyabrın 30-da Mudros müqaviləsinə əsasən, Osmanlı Türkiyəsinin qoşunları Azərbaycandan çıxmağa məcbur oldu. Bakı və bəzi ətrafı ingilislərin nəzarətinə verilmişdi. Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa artıq səbəb qalmamışdı. Müstəqillik sual altındaydı. Osmanlı getmişdi. Qoruyan qüvvə yox idi. Yeni yaradılan ordu ingilislərə müqavimət göstərmək gücündə deyildi. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi.

Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı”.

Tarix
2018.11.09 / 14:10
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla