Yuxarı

Azərbaycan nemətləri əcnəbiləri heyran qoydu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca 24-cü xeyriyyə bazarında ölkəmizi təmsil edib.

Kult.az xəbər verir ki, bazarda iştirak edən səfirlik Azərbaycan Respublikasının Mədəniyyət və İqtisadiyyat nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Şəki və Gəncə Şəhər və Göyçay Rayon İcra hakimiyyətləri və AZNAR şirkətinin dəstəyi ilə milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib.

Tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma və lavaş, dovğa, müxtəlif kabab nümunələri, kükü, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası, Şəki bamiyəsi, sucuq və digər təamlar böyük maraqla qarşılanıb.

Ölkəmizə aid şəkillər məcmuəsi (açıqcalar), suvenirlər, o cümlədən maqnitlər, heykəlciklər, yerli sənətkarlıq nümunələri, Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri, habelə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayılar tədbiri izləməyə gələn şəhər sakinləri və xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Səfirlik həmçinin xeyriyyə bazarının əyləncə hissəsində də təmsil olunub. Belə ki, Azərbaycan diasporasından olan uşaqların ifasında Azərbaycan və bolqar dillərində Rəşid Behbudovun “Bakı” mahnısı səsləndirilib.

Tədbir çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstan milli televiziya və radiosuna müsahibə verib. O, ölkəmizin zəngin mədəni irsi, turizm potensialı barədə danışıb.

Qeyd edək ki, builki xeyriyyə bazarında 60-dən artıq ölkə təmsil olunub.

Tarix
2018.12.05 / 16:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla