Yuxarı

Azərbaycanda sürüşmə: ailələr evsiz qaldı - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır.

Axar.az ARB-yə istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində kənd sakilərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb.

Alim Gərayev (kənd sakini): "Əvvəllər az idi, indi artıb. Evdə çatlar çoxalıb, tavan çöküb. Yağış evə dolub.”

Yusif İsmayılov (kənd sakini): "Evimin arxa hissəsi partlayıb. Hər gün ölçürəm bir və ya yarım ssantimetr sürüşmə olur”.

Kənd sakini: "Ev, tövlə aşıb. Üç otaq yoxdur. Hamsı çatlaq-çatlaq olub”.

Sürüşmə zamanı kənd sakinlərinin həyətyanı sahələrinin hasarları, meyvə ağacları yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, yağışdan sonra aktivləşən torpaq kütləsi yolları yarasız hala salıb. Nəticədə bəzi evlərə gedən avtomobil yolları təmamilə bağlanıb.

Zakir Gərayev (kənd sakini): "Tez-tez yolun torpağını təmizləyirik, xeyri yoxdur. Maşın gələ bilmir, piyada keçə bilmirik qapımıza”.

Qeyd edək ki, sürüşmə səbəbindən Quşçu kəndində 15-ə yaxın evin divarında iri və xırda çatlar əmələ gəlib. Bəzi sakinlərə məxsus yaşayış evi sürüşmə nəticəsində təmamiylə qəzalı vəziyyət düşüb.

Tarix
2018.12.11 / 19:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla