Yuxarı

“KQB-nin casusları”na ABŞ-da “Qızıl qlobus” verildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə Los-Ancelesdə Hollivudun Xarici Mətbuat Assosiasiyası tərəfindən 76-cı mükafatlandırma mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mükafatlandırma mərasimində “Qızıl qlobus” mükafatı təqdim edilib. Belə ki, dünən ən yaxşı dram aktyoru kateqoriyası üzrə mükafatı Rami Malik qazanıb. “Ən yaxşı dram” nominasiyasında isə “Qızıl qlobus”u məşhur “Queen” musiqi qrupu haqqında çəkilən “Bohemiya rapsodiyası” filmi qazanıb. Malik məhz bu filmdə canlandırdığı Fredi Merkuri obrazına görə mükafata sahib olub.

“Qızıl Qlobus”un yeni sahibləri arasında Maykl Duqlas da yer alıb. Bununla Duqlas “Qızıl Qlobus”u dördüncü dəfə qazanmış olub.

“Ən yaxşı animasiya filmi” nominasiyasında qalib adı “Hörümçək adam: Kainatın vasitəsilə” filminə verilib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ABŞ-dakı casusları haqqında çəkilən “Amerikalılar” serialı isə “ən yaxşı dramatik serial” adına layiq görülüb.

“Qızıl Qlobus” həmçinin müğənni Ledi Qaqa və bəstəkar Castin Qurviçə də verilib. “Ən yaxşı ikinci plan oyunçusu” nominasiyasında qalib Maherşala Əli və Recina Kinq, “ən yaxşı qadın” kateqoriyasında isə Oliviya Kolman mükafatlandırılıb.

“Xarici dildə ən yaxşı film” adını isə meksikalı Alfonso Kuaronun müəllifi olduğu “Roma” filmi qazanıb. Kuaron bu kateqoriyada “ən yaxşı rejissor” adını alıb.

Tarix
2019.01.07 / 09:49
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla