Yuxarı

Qobustana gələn turistlərin sayı 50 faiz artıb – Rəsmi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.

Mədəniyyət Nazirliyindən Kult.az-a bildirilib ki, qoruğun direktoru Vüqar İsayev 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini görmək üçün buraya gələn ziyarətçilərin sayının 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artdığını deyib. Onun sözlərinə görə, 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır:

“Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən-Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.

Vüqar İsayev həmçinin vurğulayıb ki, ötən il ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə qoruq daxilində asfalt yollar təmir edilib, istiqamətləndirici yol nişanları quraşdırılıb, Böyükdaş dağında yerləşən iaşə obyekti tamamilə yenidən qurulub.

Qeyd edək ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi müasir standartlara uyğundur. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.

Tarix
2019.01.10 / 10:54
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla