Yuxarı

Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dilçiliyinin elə bir sahəsi olmamışdır ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin.

Kult.az xəbər verir ki, Azərbaycanın görkəmli dilçi-alimi Afad Qurbanovun müəllifliyi ilə dilçilik elminə dair 70-dən çox irihəcmli və fundamental (çoxcildlik) əsərlər yazılmış, 500-dən çox elmi-metodiki məqalələr hazırlanmışdır. Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan A.Qurbanov "Azərbaycan ədəbi və danışıq dili (1965), "Müasir Azərbaycan ədəbi dili (2 cildlik, 1967), "Ümumi dilçilik" (2 cildlik, 1977), "Azərbaycan onomalogiyasının əsasları, (2 cildlik, 1988), “Türkoloji dilçilik” (5 cildlik), “Azərbaycan dilçiliyinin problemləri” (3 cildlik), “Antroponim nəzəriyyəsi və s. monoqrafiya və dərsliklərin müəllifidir.

Akademik Afad Qurbanov XX əsrin 70-80-ci illərində yeganə dilçi-alim olmuşdur ki, Azərbaycan dilçiliyində müstəqil nəzəri şöbəsini yaratmağa nail oldu. “Onomastika Elmi Məktəbi”nin formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin bu sahə ilə bağlı ən böyük uğuru Dövlət mükafatına layiq görülmüş ikicildlik “Azərbaycan dilinin onomalogiyası” adlı fundamental monoqrafiyasıdır. Professor A.Qurbanov bu əsərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur.

Hər bir elm xadiminin fəaliyyətinin vacib sahəsini çalışdığı ixtisas üzrə elmi kadrlar yetişdirmək işi təşkil edir. Görkəmli dilçi-alim və mahir pedaqoq Afad Qurbanov ölkəmiz üçün minlərdə yüksək ixtisaslı müəllim hazırlamış, habelə çox sayda filoloq-alimlərin formalaşdırılması məsələsinə xüsusi diqqət yetirərək 60-dan çox elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.

Məlumat üçün bildirilməlidir ki, AMEA-nın Adlar və soyadlar üzrə xüsusi komissiyasının üzvü olan A.Qurbanov “Azərbaycanlı soyadları haqqında” konsepsiyasının müəllifi olmuşdur.

Görkəmli dilçimiz Afad Qurbanovun keçmiş əsrin 90-cı illərində Azərbaycan Əlifba Komissiyasının sədri və hazırkı Azərbaycan əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur. Ümumxalq sərvəti olan bügünkü əlifba bu yorulmaz insanın, xalqın dərindən sevən fəal vətəndaşın Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Tarix
2019.01.10 / 14:02
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla