Yuxarı

Mütəllibovun Moskvada tikdirdiyi məscid bağlanır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada azərbaycanlılara məxsus “İnam” məscidi bağlanır.

Kult.az xəbər verir ki, bu barədə “Minval.az” saytı informasiya yayıb.

Məlumata görə, Azərbaycanın keçmiş baş prokuroru Məmməd Quliyevin vəfatı və eks-prezident Ayaz Mütəllibovun Azərbaycana qayıtmasından sonra məscidin öz ərazisində inşasına izn verən iş adamı Rəşid Bəyazidov öz oyununu oynamağa və müxtəlif variantlarla hər ay məsciddə imamları dəyişdirməyə cəhd edib.

Məscid ziyarətçilərindən biri bildirib ki, azərbaycanlılar ona etiraz etməyə və mitinqlər keçirməyə başlayanda iş adamı onların qarşısına çıxaraq, məscidin özünə aid olduğunu deyib. Azərbaycanlılar isə bununla razılaşmayıb və məscidin onlara məxsus olduğunu bildiriblər.

Rəşid Bəyazidovla müxtəlif zamanlarda ağsaqqallar və ruhani liderlər görüşməyə başlayıb. Bundan sonra iş adamı məscidi azərbaycanlılara 300 min rubla icarəyə verib, daha sonra bu məbləği 250 min rubla endirib. Rusiyada iqtisadi böhranın başlanmasından sonra icarənin ödənilməsində problem yaranıb. Aparılan danışıqlardan sonra iş adamı azərbaycanlıların yalnız kommunal xidmətlərə görə ödəniş etməsinə razılaşıb, amma bunun qarşılığında nəzir qutusunda yığılan pulların ona çatmasını tələb edib. Nəzir qutusundan gəlirin az olduğunu görən Bəyazidov noyabrda həmyerlilərimizin yenidən icarə haqqı ödəməsini tələb edib. Noyabrda bu istəyi yerinə yetirən azərbaycanlılar dekabrda icarəni ödəyə bilməyib. Buna görə iş adamı məscidi bağlayaraq, imamı vəzifəsindən çıxarıb. Azərbaycanlıların dediyinə görə, hazırda Rəşid məscidi dağıstanlılar və taciklərə icarəyə verərək, onu sünni məscidinə çevirəcəyi ilə bağlı təhdidlər səsləndirir.

Sayt bu məsələdə azərbaycanlıların Azərbaycan hökuməti və dini strukturlardan yardım gözlədiyini bildirib. Əks təqdirdə həmyerlilərimizin İran məscidlərinə gedərək dini ritualları yerinə yetirmək məcburiyyətində qalacaqları vurğulanıb. Belə ki, bunun Moskvada elə də böyük diasporu olmayan iranlılara da sərf etdiyi bildirilib. Azərbaycanlıların bir qismi artıq məsələ ilə bağlı Xameneinin Moskvandakı nümayəndəsinə də müraciət ediblər, amma problemin həlli istiqamətində hər hansı uğur qazanmayıblar.

Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan iş adamı Rəşid Bəyazidov yardım edib. Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb.

Tarix
2019.01.11 / 11:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla