Yuxarı

Nəsimi hətta Nitsşedən də böyükdür – Deputat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etməsi təqdirəlayiqdir.

Bu sözləri Kult.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Aqil Abbas deyib. O, prezidentin sözügedən sərəncamının sənətə göstərilən diqqətin bariz nümunəsi olıduğunu söyləyib:

“Ölkədə “Nəsimi İli” elan edilməsi ədəbiyyatçılarımız, ümumilikdə xalqımız üçün vacib bir addımdır. Bu, ilk belə hadisə deyil. Bundan əvvəl də prezident dəfələrlə müxtəlif illərin Nizami, Füzuli, Qara Qarayev, Üzeyir Hacıbəyli kimi sənətkarlara, incəsənət xadimlərinə həsr olunması barədə sərəncam imzalamışdı. Bu, ölkəmizin, ədəbiyyatımızın, sənətimizin təbliğatıdır, həmin sahəyə, insana verilən dəyərin göstəricisidir.

Dünyanı ədəbiyyat xilas edəcək. “Nəsimi İli” də insanların xilası üçün bir fürsətdir. Çünki dahi şairimiz İmadəddin Nəsimi dünyanın ən böyük filosoflarından biridir. Yeri gəlsə, o, Nitsşedən, Şopenhauerdən də böyükdür. Hər hansı il sənətkara həsr olunanda onun haqqında silsilə tədbirlər keçirilir, kitablar nəşr olunur, gənc nəsil məlumatlandırılır. Belə addımlara hər zaman sevinmək lazımdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

Tarix
2019.01.11 / 18:23
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla