Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Mart 2019


Bu, dövlətimizin mənəvi qələbəsidir - Kamal Abdulla

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin 2019-cu ili “Nəsimi ili” elan etməsi bir daha sübut edir ki, o, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, tarixinin, bütövlükdə mənəviyyatının ən mükəmməl qoruyucusudur, qədirşünasıdır.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru, ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru Kamal Abdulla Azərbaycan Prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etməsini şərh edərkən bildirib.

Ulu Öndərin Nəsimi kimi bir şairin 600 illiyini qeyd etməsi, bu gün 650 illiyinin qeyd edilməsi, sabah isə neçə min illərinin qeyd edilməsi onu göstərir ki, Azərbaycan xalqı öz ədəbi simalarının gücü, ruhu və enerjisi ilə öz daxili aləmini zənginləşdirməkdən usanmır:

“Nəsimi bu gün bizim üçün kimdir” sualına belə cavab vermək olar ki, Nəsimi insanı sevməsi ilə bu gün bizim üçün əzizdir. Nəsimi Azərbaycan dilinə o dövrdə bəlkə də ədəbi dil üçün hələ xarakterik olmayan dil və üslub məqamlarının gətirilməsi ilə bizim üçün əzizdir. Nəsimi öz təfəkkür tərzinin yeniliyi ilə bizim üçün əzizdir. Və onu qeyd etmək istərdim ki, Nəsimidə çox yüksək və geniş şəkildə dünyaya, bəşəriyyətə məhəbbət hissləri öz əksini tapıb. Nəsimi ayrı-ayrı xalqları, ayrı-ayrı dinlərin nümayəndələrini deyil, bütün insanları, bəşəriyyəti sevir, bu onun şeirlərində özünü göstərir. Şeirlərinin birində yazır ki, bilmirəm İsasan, ya Məsih, ya başqa bir dinin nümayəndəsisən, ya xristiansan, ya müsəlmansan, hər kim olursan ol, mən səni sevirəm. XIV əsrdə bunu yazan, dünyaya açılan, irqindən, rəngindən, dilindən asılı olmadan bütün insanları sevən şair bu gün də Azərbaycan mənəviyyatının inkişafına, möhkəmlənməsinə, formalaşmasına öz yaradıcılığı ilə xidmət edir".

Yazıçının fikrincə, Prezidentimizin məhz bu ili “Nəsimi ili” elan etməsi, həm də Azərbaycan xalqının, millətimizin, dünya azərbaycanlılarının, Azərbaycan dövlətinin mənəvi bir qələbəsidir.

"Mən inanıram ki, ziyalılarımız, filoloqlarımız, ədəbiyyatsevərlərimizlə birlikdə təkcə azərbaycanlılar deyil, Azərbaycanı sevən bütün qüvvələr bu ili ləyaqətlə qeyd edəcəklər".

Tarix
2019.01.12 / 14:32
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

Kaliforniyada Novruz bayramı - Foto

“Uzun illərdir belə bayram keçirməmişdim...” - Foto

Xəzərdə zəlzələ oldu

Ankara Heydər Əliyev Parkında şənlik - Foto

Nazarbayev Novruz tədbirinə bu geyimdə getdi - Foto

Qar uçqunu yolu bağladı: köməksiz qalanlar... - Foto

Bakı Novruzu necə qeyd edir? - Fotolar

Bakıda binada yanğın: sakinlər təxliyyə edildi

DGK-dan əməliyyat: 20 milyonluq heroin ələ keçirildi

ADU-da “Multikultural Novruz bayramı”

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla