Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Mart 2019


“Natəvan”da unikal gün: “Tələbə taqımı” bir arada - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı Etibar Muradxanlının “Tələbə taqımı” romanının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə yazıçılar Seyran Səxavət, İlqar Fəhmi, Elçin İsgəndərzadə, şairlər Qulu Ağsəs, Balayar Sadiq, Fərqanə Mehdiyeva, Həyat Şəmi, tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, müəllifin dostları və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İlqar Fəhmi bildirib ki, “Tələbə taqımı” romanının hamımız üçün ağrılı olan bir məsələdən – Qarabağ hadisələrindən bəhs etməsi əsəri daha da əhəmiyyətli edir. O, bu mövzulu əsərlərin tez-tez yazılmasının çox vacib olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış üçün söz alan Əsəd Cahangir vətənpərvərlikdən bəhs edən bir romanın təqdimatında himni dinləməyin mühüm olduğunu deyib və “Natəvan” klubunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Himndən sonra Əsəd Cahangir romanın bədii keyfiyyətlərindən danışıb.

Əsərin müəllifi Etibar Muradxanlı çıxışında mərasimə gələn hər kəsə təşəkkür edib və qeyd edib ki, əsərinin qəhrəmanları olan keçmiş döyüşçülər hazırda dairəvi masa arxasında əyləşiblər. Daha sonra o, həmin şəxsləri təqdim edib.

Əsəd Cahangir yenidən söz alaraq vurğulayıb ki, AYB tarixində misli görünməmiş bir mərasimə şahidlik edir:

“Mən ilk dəfədir belə tədbir görürəm. Müəllif öz əsərinin qəhrəmanları ilə birlikdə eyni masa arxasında əyləşib. Bu, unikal bir təqdimat mərasimidir”.

Tanınmış tənqidçi Vaqif Yusifli “Tələbə taqımı” romanındakı müsbət məqamlara diqqət çəkməklə yanaşı, tənqidi fikirlərini də deyib.

Yazıçı, şair Elçin İsgəndərzadə isə Qarabağ, Şuşa ağrısından danışıb və sözügedən əsərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Mərasim digər iştirakçıların çıxışları ilə davam edib.

Tarix
2019.01.14 / 17:55
Müəllif
Aqşin
Şərhlər
loading...
Digər xəbərlər

Nazir mədəniyyət işçilərini təbrik etdi

Azərbaycanın milyardlıq adası 50 rubla satılacaqdı - İnanılmaz

Nazirlik müsabiqə elan etdi

Bulvarda Novruz tədbiri: vətəndaşları sürpriz gözləyir

Xan Şuşinskinin xatirəsi anıldı

Novruz təbriki azərbaycanlıları qəzəbləndirdi - Foto

İlham Əliyev daha bir aktyora mənzil bağışladı

ARB-dən sərt bəyanat: Qovulmuş işçilərin əməlləri...

Dadaşov bu aparıcıları yerində oturtdu

Təbrizə sulu qar yağdı: küçələr su altında - Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla