Yuxarı

Nardaranda əməliyyat: saxlanılan var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu Nardaran qəsəbəsi sakinindən odlu silah-sursat aşkar edilərək götürülüb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə əvvəllər dəfələrlə məhkum olunmuş, Nardaran qəsəbəsi sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onu yaşadığı evin həyətyanı sahəyə baxış zamanı, torpağa basdırılmış "Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd sandıqça aşkar olunaraq götürülüb.

H.Qasımov həmin silah-sursatın ona məxsus olduğunu etiraf edərək, tapançanı 10 il əvvəl dəniz kənarından tapdığını və həmin vaxtdan torpağa basdıraraq gizlətdiyini billdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

Tarix
2019.01.14 / 20:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla