Yuxarı

Xalq rəssamının qrup sərgisi keçiriləcək

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

15–18 yanvar 2019-cu il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin Sərgi qalereyasında xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, “Şöhrət” ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn və Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Azizin və tələbələrinin “Maestro & Artists” adlı sərgisi keçiriləcək.

Kult.az xəbər verir ki, sərginin açılış mərasimi 15 yanvar tarixində saat 19:00-da baş tutacaq.

Arif Azizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırkı ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdir. Konseptual sərgi silsiləsini davam edən “Maestro & Artists” qrup sərgisi, Arif Azizin 75 illik yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərgisində Rəssam-Maestro öz tələbələrinin əhatəsində təqdim olunur. “Maestro & Artists” sərgisində Arif Azizin 100-ə yaxın tələbələrinin nümayiş olunan əsərlər fərdi dəsti-xətti, texnikaları, maneralarının inkişafının nümayişi ilə yanaşı, müasir mərhələdə və məkanda bir neçə ustad rəssam nəslini birləşdirir.

Müasir Azərbaycan incəsənətində Arif Azizin yaradıcılığı xüsusi, müstəsna yerə malikdir. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Arif Aziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. İlk bədii təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində alıb, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində, “Qrafik dizayn” ixtisası üzrə davam edib. 1971-ci ildən etibarən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətinə başlayan Arif Azizin 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsində böyük əməyi var.

Maestronun fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyliliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, fəaliyyətinin istər manera, istər texniki aspektdə, çoxsahəliliyi və ən əsası, sonsuz dinamikası, çevikliyi və müasirliyi mütləq tərzdə onun sənətinin və şəxsiyyətinin aktuallığını müəyyən edir.

Tarix
2019.01.14 / 21:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla