Yuxarı

20 Yanvar faciəsi bu mərkəzlərdə qeyd olunacaq

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin teatr, kino və konsert müəssisələrində, bədii təhsil ocaqlarında, kitabxana və sərgi salonlarında 20 Yanvarın ildönümü münasibətilə tamaşalar, musiqi gecələri, sərgilər və s. tədbirlər təşkil olunacaq.

Kult.az xəbər verir ki, yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti F.Əlizadənin Qanlı Yanvara həsr olunan “İntizar” operası nümayiş etdiriləcək.

Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq H.Mirələmovun “Xəcalət” tamaşası, Xalq yazıçısı, görkəmli dramaturq İ.Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Qarabağnamə” tamaşası isə 20 yanvar tarixində nümayiş olunacaq.

Dövlət Yuğ Teatrında (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsi) 18-19 yanvar tarixlərində G.Dumbadzenin “Məhşər günü” tamaşası göstəriləcək.

Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq T.Vəliyevanın “Mənim ağ göyərçinim” və D.Mustafayevin “Əlincə qalası” tamaşaları oynanılacaq.

Bundan əlavə, bölgələrimizdə fəaliyyət göstərən teatrlarda da 20 Yanvar faciəsinin ildönümü qeyd ediləcək.

Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Anım gecəsində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın "Rekviyem" əsəri səslənəcək.

Yanvarın 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Qara Yanvara həsr olunmuş "Azadlıq aşiqləri" rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək.

Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

Yanvarın 21-də Nizami Kino Mərkəzində rejissor Nizami Abbasın “Salnaməfilm” studiyasında çəkdiyi “Unutma” sənədli filminin təqdimatı olacaq.

18 yanvar tarixində Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində birinci dərs 20 Yanvar faciəsinə həsr ediləcək, ədəbi-bədii kompozisiya nümayiş olunacaq.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yanvarın 19-da Qanlı Yanvarın ildönümü münasibətilə rəsm sərgisi və ədəbi-bədii kompozisiya təşkil ediləcək.

Yanvarın 17-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində "20 Yanvarı unutmadıq" mövzusunda sərgi açılacaq və dəyirmi masa keçiriləcək.

Yanvarın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçiriləcək.

14-19 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında və filiallarında 20 Yanvar faciəsinin ildönümü münasibətilə “Tarix unutmayır qəhrəmanları”, “Həqiqət uğrunda ölümləriylə Ölümü kamına çəkdi şəhidlər”, “And yerimiz - Şəhidlər xiyabanı”, “Azadlığa gedən yolun zirvəsi” və s. mövzularda anım tədbirləri, sərgilər, təqdimatlar keçiriləcək.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında oxucularla 20 Yanvar faciəsi mövzusunda söhbət-mühazirə (16 yanvar) təşkil olunacaq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olan vətən övladlarının ailə üzvləri ilə görüş keçiriləcək (17 yanvar).

Yanvarın 18-də Respublika Gözdən Əlillər Kitabxanasının oxu zalında Qanlı Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunan anım tədbiri təşkil olunacaq.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən mədəniyyət müəssisələrində, Regional Mədəniyyət İdarələri tərəfindən isə respublikamızın bölgələrində yerləşən mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı çoxsaylı tədbirlər keçirilməkdədir.

Tarix
2019.01.14 / 22:19
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla