Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Avqust 2019


Abşeronda paleolit dövrünə aid düşərgə tapıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin dekabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərlik etdiyi Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında, Qırməki adlanan sahədə daş dövrünə aid çoxlu sayda alətlər aşkar olunub.

AMEA-dan Kult.az-a bildirilib ki, İdris Əliyev alətlərin böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsini istisna etməyib. Həmçinin Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.

Mütəxəssislər tərəfindən materialların müqayisəli təhlili aparılıb və ilkin rəyə görə, bu tapıntıların paleolitin orta mərhələsinə aid olduğu bildirilib.

İdris Əliyevin sözlərinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərib. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürütməyə əsas verir.

Arxeoloq qeyd edib ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərin, xüsusilə, Binəqədi Qırgölü ətrafındakı ərazilərin daha diqqətlə tədqiq olunması bölgədə bu dövrə aid məskunlaşma probleminin öyrənilməsinə səbəb olacaq.

Tarix
2019.01.15 / 15:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıda avtoxuliqan belə ələ keçdi

Boru partladı, prospekti su basdı - Yeniləndi

Tovuzda oğul atanı təqaüd kartına görə öldürdü

Göygöldə baş vermiş yanğın söndürüldü - Yeniləndi

Azərbaycanlı aktyor vəfat etdi

“Türkologiya” jurnalına ABŞ-da böyük diqqət

Los-Anceles sinaqoqunda Azərbaycana dair təqdimat - Foto

Xırdalanda avtomobil xəndəyə düşdü - Foto

Qubada baş vermiş yanğın söndürüldü

Ermənilər Ağdamda yanğın törətdi

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla