Yuxarı

Rihanna atasını pul üstündə məhkəməyə verdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı müğənni və aktrisa Rihanna atasını qızı ilə bağlı olan "Fenty" markasının adından milyonlarla dollar əldə etmək məqsədilə kommersiya məqsədilə istifadə etdiyinə görə məhkəməyə verib.

Report xəbər verir ki, bu barədə "Variety" nəşri yazıb.

Tam adı Robin Rihanna Fenti olan aktrisa iddiasında bildirib ki, atası Ronald Fenti qızının adını mənfəət üçün istifadə etmək məqsədi ilə "Fenty Entertainment" adlı istedad axtarışı şirkəti yaradıb. "Fenty Beauty" və "Savage x Fenty" markalarını yaradan Rihanna, atasından bir neçə dəfə onun adından istifadə edərək iş qurmamasını xahiş etdiyini, lakin qarşı tərəfin onun istəklərini nəzərə almadığını söyləyib.

Nəşrin məlumatına görə, iddiada qeyd olunur ki, bu yaxınlaradək "Fenty Entertainment" investisiya cəlb etmək üçün müğənni ilə əlaqələrinin olduğunu bəyan edib. Ronald Fenti həmçinin otellər şəbəkəsi üçün "Fenty" əmtəə nişanını qeydiyyata almağa çalışıb, halbuki həmin zaman Rihannanın şirkəti artıq bu işlə məşğul olurmuş. Bundan əlavə o, 15 milyon dollar müqabilində müğənninin iştirakı ilə Latın Amerikasında konsert turuna dair "SBS Entertainment" şirkəti ilə razılıq əldə etməyə cəhd göstərib.

Tarix
2019.01.16 / 09:26
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla