Ürək-damar xəstəliklərindən qorunmaq üçün menyu
02:10
Ana səhifə Hadisə |
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.
Nazirlikdən Kult.az-a verilən məlumata görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.
Tarix
2019.01.22 / 17:02
|
Müəllif
Kult.az
|