Yuxarı

Ermənilərin Qazaxa atdığı iki raket tapıldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 22-də saat 13:20-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Böyük Cəfərli kəndində iki ədəd mərminin tapılması barədə məlumat daxil olub. Bu barədə

Bu barədə Axar.az-a ANAMA-dan bildiriblər.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin Sərhəd Qoşunlarının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Qurumun mütəxəssisləri və Sərhəd Qoşunlarının əməkdaşları Azərbaycan-Ermənistan sərhədinə (DSX-nin xidməti ərazisinə) birlikdə baxış keçiriblər. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Sərhəd Qoşunlarının əməkdaşları ərazini əhatəyə alıblar. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il istehsalı olan, düşmən tərəfindən atılmış və partlamamış iki ədəd 40 millimetrlik PQ-7V raketi aşkarlanıb. Raketin daşınması mümkün olmadığına görə agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib. Raketlərin ətrafında 600 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən 22-dək agentlik tərəfindən 16 siqnal (əməliyyat çağırışı) əsasında 11 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tovuz rayonlarında, Şəki və Lənkəran şəhərlərində iki ev və həyətyanı sahəyə, bir əkin sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilib. Doqquz partlamamış hərbi sursat və iki tank əleyhinə mina zərərsizləşdirilib. Bu müddətdə 6690 kvadratmetr ərazi yerüstü yoxlanılıb.

Tarix
2019.01.22 / 20:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla