Yuxarı

“Təhsil almaq istəyirəm, ərə getmək yox” - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən təhsil almaq istəyirəm, ərə getmək yox!” adlı maarifləndirmə layihəsinə başlayıb.

Kult.az xəbər verir ki, layihənin məqsədi ölkəmizdə erkən nikahların daha çox müşahidə olunduğu sərhədyanı bölgələrdə - Lerik, Lənkəran, Astara və Cəlilabad rayonlarında, xüsusilə də həmin regionların orta məktəblərində 11-15 yaşlı yeniyetmə qızlar və onların valideynləri üçün təlimlər təşkil etməkdir.

Təlimlərdə hədəf yeniyetmə qızları və onların zorla ərə verməyə çalışan valideynləri erkən nikaha sövq etməkdən çəkindirmək və beləliklə, ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına nail olmaqdır.

Qeyd edək ki, son illər Azərbaycan Respublikasının qanunvericiliyində erkən nikahların qarşısının alınması məqsədi ilə bir çox müsbət dəyişikliklər edilib. Azərbaycan BMT-nin Uşaq Konvensiyasını ratifikasiya etdikdən sonra, uşaq həddinin 18 yaş olduğunu qəbul etdiyi üçün, habelə Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən evlilik yaşı hər iki cins üçün 18 yaşdan tez olmamaq şərti ilə dəyişiklik edilib. Bəzi hallarda istisna olaraq, bu yaş yerli icra hakimiyyətinin razılığına əsasən 17 yaş ola bilər.

Tarix
2019.01.23 / 17:02
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla