Yuxarı

Şura üzvləri imtahanın gedişini izlədilər – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Dövlət Pedaqoji Universitetində Tədrisin Təşkili üzrə İctimai Şuranın ilk iclası keçirilib.

Kult.az xəbər verir ki, iclası giriş sözü ilə açan ADPK-nin direktoru, dosent İsrail İsgəndərov kollecin əsas fəaliyyət prinsiplərinin şəffaflıq, idarəetmənin optimallaşdırılması və tədrisin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması olduğunu, bu prinsiplərin tələb etdiyi əsas yanaşmaların isə vətəndaş cəmiyyəti institutları, təhsil ekspertləri və KİV ilə sıx əməkdaşlığın qurulması olduğunu vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində tədrisin təşkili üzrə İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, ictimai şuranın qarşısında duran əsas məqsəd imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

İclasdan sonra imtahanlara nəzarət edən müəllim-koordinatorların bölgüsü ilə tanış olan İctimai Şuranın üzvləri, kollecin monitorinq otağında olub, auditoriyalarda keçirilən imtahan prosesini izləyib, yazı işlərinin kodlaşdırılması ilə tanış olub, imtahanların təşkilinə və aparılmasına baxış keçiriblər.

İctimai Şuranın üzvləri kollecdə görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini təqdir edib.

Tarix
2019.01.23 / 17:15
Müəllif
Büllurə
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla