Yuxarı

Nəsimini bizdən başqa hamı araşdırır - Professor

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda İmadəddin Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı, dövrün tələbinə cavab verən monoqrafik tədqiqat yoxdur. Görülən yaxşı işlər isə səpələnmiş məqalələr halındadır.

Kult.az xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor Aida Qasımova qeyd edib. O bildirib ki, son vaxtlar Qərb şərqşünaslığında və Türkiyədə bu sahədə xeyli işlər görülüb:

“Orxan Mir-Qasımov, Şahzad Bəşir, Fatih Usluər, Mustafa Ünverin əsərləri xüsusi qeyd edilməlidir. Usluərin “Cavidan-namə”nin türk dilindəki tərcümə variantını nəşr etdirməsi təqdirəlayiqdir. “Hürufilik” əsəri də dəyərli tədqiqatdır. Mən xüsusilə Orxanın və Şahzadın yazılarını çox bəyənirəm. Orxan "Sözün gücü: orta əsrlər islamında hürufi təlimləri şiəlik və sufizm kontekstində" (“Words of Power, Hurufi Teachings Between Shi'ism and Sufism in Medieval Islam”) əsərində hürufiliyin bir sıra nəzəri məsələlərini əks etdirib. Şahzad Bəşir (Stənford professoru) problemə tarixilik baxımından yanaşır. Onun “Fəzlullah Astarabadi və hürufilik” əsəri hürufiliyin meydana gəlməsini, Fəzlullah Astarabadinin fəaliyyətini və hürufilik təlimini öyrənmək üçün dəyərli mənbədir.

Professor Matt Melvin-Kouşkinin bəzi yazılarında da hürufiliklə bağlı məsələlər əks olunub. Maykl Reinxard Almaniyada Nəsimi divanının nəşri və tədqiqi ilə bağlı işlər görüb”.

Amerikalı tarixçi Patrisia Kronun “İranda islamın erkən dövründə yerli “peyğəmbərlər”: Əyalət üsyanları və zərdüştlük” (“The Nativist Prophets of Early Islamic Iran: Rural Revolt And Local Zoroastrianism”) əsərində də hürufiliklə bağlı bəzi məsələlərin yer aldığını bildirən Aida Qasımova bu kitabların tərcümə edilməsinin çox vacib olduğunu qeyd edib:

“Bütövlükdə bu əsərdə Babək hərəkatı, onun qaynaqları, islamda bidətçiliklə bağlı məsələlərə geniş yer ayrılıb. Ya Azərbaycan alimləri ingilis dilini öyrənməli, ya da bu kitablar Azərbaycan dilinə tərcümə edilməlidir”.

Tarix
2019.01.24 / 11:30
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla