Yuxarı

Mübariz İbrahimov mükafatı təqdim edildi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən “Mübariz İbrahimov - vətənpərvərlik nümunəsi” yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Kult.az xəbər verir ki, müsabiqə Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi, jurnalist Şahin Sərdarlının təşəbbüsü ilə təşkil edilib. ADU-nun rektoru və professor-müəllim heyəti də şəxsi təşəbbüsləri ilə müsabiqəyə dəstək veriblər.

Tədbirdə Prezident İlham Əliyevin Mübariz İbrahimovun vida mərasimində çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra ADU-nun rektoru, münsiflər heyətinin sədri akademik Kamal Abdulla vətənpərvərliyin təbliği istiqamətində keçirilmiş müsabiqəni yüksək qiymətləndirib.

Müsabiqənin münsiflər heyətində təmsil olunan jurnalist İlham Tumas, o cümlədən Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov müsabiqənin təşkilini yüksək qiymətləndiriblər və əməyi keçən şəxslərə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, müsabiqədə 300 nəfərə yaxın şəxs iştirak edib. Müsabiqəyə tələbələr, müəllimlər, məktəb direktorları, o cümlədən ölkəmizin 25-ə yaxın rayonunun təhsil müəssisələrindən şagirdlər də qatılıb.

İştirakçılar arasından 1 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə, 3 nəfər 3-cü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Qaliblərə diplom və pul mükafatı təqdim olunub.

Tarix
2019.02.07 / 17:28
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla