Yuxarı

Bakıda mağazadan oğurluq anbaan kamerada - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şəhərin mərkəzi küçələrindən birində brend mallar satılan mağazadan oğurluq olub. Bir oğlan və üç qadın axşam saatlarında mağazaya daxil olub. Satıcı iddia edir ki, qadınlar satıcının başını qatıb, oğlan isə bahalı saat və bijuteriya oğurlayıb.

Görüntülər ötən gün paytaxtın Səbail rayonu Nizami küçəsində brend mallar satılan mağazanın təhlükəsizlik kamerasına düşüb.

Mağazanın satıcısı Esmira Hüseynova deyir ki, axşam saatlarında 3 qadın və bir oğlan mağazaya daxil olub. Qadınlardan biri ingilis, digəri isə rus dilində danışaraq, özlərini əcnəbi kimi qələmə veriblər. Əsasən qadınlar paltar va ayaqqabılara baxdıqları üçün satıcı da mağazanın içində, amma bir qədər kənarda duran oğlana fikir verməyib.

Zərərçəkmiş mağaza sahibi hadisədən təxminən bir saat sonra xəbər tutub. Onlar kameralara baxarkən həmin şəxslərin oğurluq etdiyini görüblər. Zərərçəkmişlər iddia edirlər ki, həmin şəxslər əlbir olub bu şəkildə paytaxt ərazisində mağazalara daxil olaraq oğurluq edirlər.

Esmira Hüseynova onu da bildirib ki, həmin şəxslər xarici dildə danışsalar da, əslində Azərbaycan vətəndaşları olublar. İndi zərərçəkmişlər hadisə ilə bağlı polisə məlumat verəcəklər.

Xəzər xəbər

Tarix
2019.02.09 / 19:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla