Yuxarı

Afət daha dəhşətli sürpriz hazırlayır

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsiminin “Sığmazam” qəzəli onsuz da məşhur idi. Mənim ifamdan sonra daha da tanındı, insanlar əzbərləməyə başladı.

Kult.az xəbər verir ki, bu sözləri Musavat.com-un canlı yayımında qonaq olan müğənni Afət Fərmanqızı məşhur hind mahnısına Nəsiminin “Sığmazam” qəzəlinin təhrif edərək oxuması barədə müzakirələr zamanı deyib. O, bu mahnını oxumaqda heç bir qəbahət görmədiyini söyləyib:

“Orta məktəbdə oxuyanda heç bu qəzəli əzbər bilmirdim. Mahnı üçün oxuyanda öyrəndim. Mən savadlı insanam. Ali təhsilli biologiya-kimya müəllimiyəm. Bu birdən-birə mənim yadıma düşmədi.

“Pəncu-şeş”i oxumamışdan əvvəl şəxsi vəkilimlə məsləhət elədim. Dedi ki, heç bir qanuna zidd deyil.

Toy bizim ən müqəddəs adət-ənənəmizdir. Bu qəzələ oynayanda nə olur ki? Mən bu mahnını oynamaq üçün oxumamışam. Musiqisində istifadə edilən hind mahnısı elə bir mahnıdır ki, Azərbaycanda hələ elə bir mükafat alan sənətkar yoxdur. Ala da bilməz. Necə olur ki, bu musiqi minlərlə insana yaradı, mənə yaramadı? Bu dünyada ermənidən başqa bütün xalqların musiqisi mənim üçün musiqidir.

İndi Corc Mayklın bir mahnısına gecə-gündüz qulaq asıram. Ola bilər ki, onun mahnısının musiqisi ilə bizim sözləri birləşdirib mahnı oxudum. Hələ sürprizdir”.

Müğənni oxuduğu mahnı vasitəsilə Nəsimini hindistanlılar arasında təbliğ etdiyini söyləyib:

“Bu dəqiqə bütün dünya internetdədir. O mahnıda açar sözlər elədir ki, həmin mahnının orijinal versiyasına qulaq asanların “Pəncu-şeş”i dinləməsi ehtimalı 90 faizdir. Mahnının sözlərini araşdırsalar, görəcəklər ki, Azərbaycanın belə bir dahi şairi olub. Dünyada yaşayan 10 hindistanlı Nəsimini tanısa, bunun nəyi pisdir ki? Filmlərdə çırtıq çalıb bu mahnını oxuyanda olur, Afət oxuyanda olmur?

Nəsiminin qəzəllərinə xalq artisti Zeynəb Xanlarova da müraciət edib. Bir şeyi də qeyd edim ki, mən hind mahnısını Azərbaycan ritminə salmışam. Həmin hind musiqisinə özüm söz yazmışdım. İstəmədim ki, belə bir dünyəvi mahnını məhv edim. Nəsiminin qəzəli ilə dünyəvi hind mahnısını daha da alovlandırmaq istədim. Qanunda bu barədə hər hansı qadağa olsaydı, oxumazdım. Bundan sonra Nəsiminin 20 qəzəlinə də mahnı oxuyacam.

Bəziləri sosial şəbəkələrdə şərh yazmaq xatirinə yazırlar. Kim tənqid edirsə, bu mahnıya oynamasın. Bu dəqiqə desəm ki, Nəsiminin qohumları gəlib, köməyə ehtiyac var, 3-5 manatdan yığıb yardıma gəlməzlər. Heç olmasa, mən yada saldım, Nəsiminin adı çəkildi. İnanın ki, bu ideya ağlıma gələndə 2019-cu ilin “Nəsimi ili” olduğunu bilmirdim”.

Qeyd edək ki, bundan əvvəl müğənni Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözləri ilə oxuduğu məşhur “Pəncu-şeş” hind mahnısı müzakirələrə səbəb olmuşdu. Müğənni qəzəlin ilk beytini də təhrif etmişdi.

Tarix
2019.02.12 / 14:01
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Köçəryan “siyahı hazırlayaq” dedi – Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla