Yuxarı

Türküstanın həbsə atılan səsi: o kimdir? - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dünyasının tanınmış ozanı, uyğur türkü Abdurəhim Heyit 1964-cü ildə Şərqi Türküstanda Sincan-Uyğur Muxtar Vilayətinin qərbində yerləşən tarixi Qaşqar şəhərində anadan olub.

Kult.az xəbər verir ki, A.Heyit Qaşqarın Artuş qəzasında incəsənət kollecində təhsil alıb. 1986-1993-cü illərdə Çinin paytaxtı Pekində yerləşən Millətlərin İncəsənət Cəmiyyəti Mərkəzində işləyib və Çin xalqları arasında birlik və dostluğu təşviq edən işlər gördüyünə görə bir neçə dəfə mükafatlandırılıb. Daha sonra Şərqi Türküstan (Sincan) Mahnı və Rəqs Cəmiyyətində işləmək üçün Urumçiyə qayıdıb.

Dütar musiqi alətinə olan marağı onu qısa zamanda məşhurlaşdırıb. Sənətçi uyğur dütarı ilə çoxsaylı sevilən mahnı bəstələyib.

A.Heyit 2017-ci ilin aprel ayında Çində saxlanılıb. O, saxlanılmamışdan əvvəl bir neçə dəfə Çin polisi ozanı ziyarət edərək “Atılar (Atalar)” adlı mahnısını nə üçün bəstələdiyini soruşub, mahnının sözlərinin kimə məxsus olduğunu öyrənməyə çalışıb. Daha sonra “Atalar” mahnısının sözlərini yazan şair Abdurəhim Abdullah da saxlanılıb.

Çin polisinin “Atalar” mahnısında ən çox diqqətini çəkən hissə “Savaşın şəhidləri (Jenglerde şehit)” ifadəsi olub. Şayiələrə görə, Heyitin saxlanmasına əsas səbəb Çin polisinin bu mahnının sözlərinin ifrat və ya cihadla bağlı olduğunu söyləməsidir.

A.Heyitin bəstələdiyi və oxuduğu mahnıların çoxu uyğurların keçmiş tarixini və mədəniyyətini əks etdirir. Tanınmış türk ozan “Qarşılaşınca” adlı ifası ilə bütün dünyada məşhurlaşıb. Bəzi mənbələrdə isə A.Heyitin həbs olunmasının həm də bu türküsü ilə bağlı olduğu qeyd edilir.

Məhbus kimi Heyitin heç bir hüququ təmin edilməyib. Həbsxanada keçirdiyi 2 ildə ozana oğlu ilə cəmi 1 dəfə görüş izni verilib. Atası ilə görüşdən sonra oğlu bildirib ki, Heyit ağır işgəncələr gördüyündən səhhəti çox zəifləyib və ömrünə çox qalmayıb.

Fevralın 9-da uyğur ozanın Çində cəza çəkdiyi həbsxanada dünyasını dəyişməsi ilə bağlı məlumatlar yayılıb. Çin dövlət mediası A.Heyitin Çindəki həbsxanada ölməsi iddialarına cavab olaraq onun yeni videosunu yayımlayıb. Sözügedən videoda fevralın 10-u olduğunu deyən Heyit səhhətinin yaxşı olduğunu bildirib. O, həmçinin beynəlxalq qaydaları pozduğuna görə istintaqı davam etdiyini və pis rəftara məruz qalmadığını söyləyib.

Ozanın ölümü ilə bağlı yayılan məlumatlar türk xalqları arasında birmənalı qarşılanmayıb. Belə ki, Türkiyə Xarici İşlər Nazirlinin sözçüsü Hami Aksoyun adından yayılan açıqlamada Çin rejimi suçlanıb.

Tarix
2019.02.14 / 12:22
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla