Yuxarı

Tarix İnstitutu Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməyim yalnız mənə yox, həm də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir.

Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov İnstitutun Elmi Şurasının iclasında çıxışı zamanı deyib.

“Bu gün Tarix İnstitutu təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir. Prezident tərəfindən təltif olunmağım daxildəki və xaricdəki anti-Azərbaycan qüvvələtinə cavabdır” - Yaqub Mahmudov bildirib.

İnstitutun Elmi Şurası təltifə görə prezidentə təşəkkür edib.

Bildirilib ki, 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə, Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib.

Tarix İnstitutu bu günlərdə Polşada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək.

Elmi Şuranın iclasında tarixçi alim Nazim Məmmədovun “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) “Azərbaycan naminə” kitablarının təqdimatı olub. N.Məmmədovun kitabının elmi məsləhətçisi Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovdur. Kitabda Yaqub Mahmudovun elmi yaradıcılığındakı Qarabağ mövzusu yığcam olaraq təhlil olunur. “Azərbaycan naminə” toplusu Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Topluda Y.Mahmudovun L.Şamxala verdiyi müsahibələr, institutla bağlı xəbərlər və s. yer alıb.

Tarix
2019.02.15 / 16:32
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla